Bakıda FİDE Şurasının iclası keçirilib
- 04 Avq 2023 23:10
- 305
Bu gün Bakıda Beynəlxalq Şahmat Federasiyası (FİDE) Şurasının iclası keçirilib.
Rekord.az xəbər verir ki, FİDE prezidenti Arkadi Dvorkoviçin rəhbərliyi altında baş tutan iclasda şahmat ilinin təqvimi əsas müzakirə mövzusu olub.
Bəzi mötəbər şahmat yarışlarına ev sahibliyi etmək istəyən ölkələrin adları açıqlanıb. Həmin yarışlarla bağlı ilin sonunda qərar veriləcəyi ilə bağlı razılıq əldə olunub.
İclasda şahmatçıların reytinq hesablamasında yeniliklərlə bağlı təkliflər səsləndirilib. FİDE rəsmiləri şahmat ictimaiyyətinin məsələyə münasibətini öyrənmək üçün zamana ehtiyac olduğunu bildirib.
İki federasiyanın müraciətinə də baxılıb. Tonqa və Yeni Kaledoniyanın FİDE üzvlüyünə qəbul edilməsi barədə qərar verilib.