Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı
- 11 Dek 2019 16:00
- 811
Bu gün FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb.
Rekord.az xəbər verir ki, FIFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi seminarda AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.
Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Futbol Mərkəzi ilə tanış olduqdan sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyununu izləyəcəklər.