"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) süni örtüklü metal torla hasarlanmış idman-oyun meydançalarının və idman qurğuları ilə təchiz edilmiş açıq meydançaların tikintisi üzrə tender elan edib.

Rekord.az xəbər verir ki, meydançalar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şosesi – Hava Limanı 12-ci km “22” ünvanında inşa olunan yaşayış kompleksində inşa ediləcək.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər, avqustun 19-dək, təkliflər isə avqustun 27-dək təqdim edilməlidir. Tenderdə iştirak haqqı 500 manat təşkil edir. Təkliflər zərfləri avqustun 28-də açılacaq.

Qeyd edək ki, Hövsan Yaşayış Kompleksi ümumilikdə 2 min 962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir.