
Bakıda keçiriləcək dünya çempionatının püşkü atıldı
- 12 Mar 2025 20:20
- 37
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının, Dünya Minifutbol Federasiyasının, AFFA-nın, Gənclər və İdman Nazirliyinin rəsmiləri, həmçinin ölkə futbol ictimaiyyətinin bir sıra tanınmış simaları iştirak edib.
Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Daha sonra Azərbaycan və Bakı haqqında videorolik nümayiş etdirilib. Ardınca dünya çempionatının kuboku ictimaiyyətə təqdim olunub.
Daha sonra Dünya Minifutbol Federerasiyasının prezidenti Filip Juda çıxış edib. Azərbaycanda minifutbolun inkişafı haqqında fikirlərini bildirib.
Gənclər və İdman Naziri Fərid Qayıbov da çıxışında Azərbaycan klublarının və yığmasının beynəlxalq yarışlarda çıxışından və qazandığı uğurlardan danışıb.
Həmçinin AFFA prezidenti Rövşən Nəcəf də fikirlərini söyləyib. Təşkilatçılara təşəkkürünü bildirən qurum rəhbəri yarışın yüksək səviyyədə keçəcəyinə inandığını söyləyib.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da öz növbəsində mundial İştirakçılarına uğurlar arzulayıb. O, Azərbaycanda minifutbola göstərilən dəstəyə görə ölkə prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, həmçinin Dünya Minifutbol Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq. Bugünkü püşkatmada Azərbaycanın minifutbol yığmasının da rəqibləri müəyyənləşib. Mundiala ev sahibliyi etdiyi üçün A qrupunda yer alan Elşad Quliyevin rəhbərlik etdiyi komada Mavritaniya, Sloveniya və Bəhreynlə mübarizə aparacaq.
Digər qruplar isə aşağıdakı kimidir:
B qrupu
Rumıniya
Fransa
Çad
Özbəkistan
C qrupu
Macarıstan
Ukrayna
İngiltərə
Türkiyə
D qrupu
Slovakiya
Bolqarıstan
Portuqaliya
Hindistan
E qrupu
Meksika
Monteneqro
Tayland
Kosta Rika
F qrupu
Qazaxıstan
ABŞ
Bosniya və Herseqovina
Polşa
G qrupu
Çexiya
Gürcüstan
BƏƏ
Argentina
F qrupu
Serbiya
Qana
İspaniya
İsrail