Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk medalçıları məlum olub
- 10 May 2023 15:28
- 371
Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk mükafatçıları bəlli olub.
"Rekord.az" xəbər verir ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla, bürünc medalla başa vurub.
Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.
Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.
Hazırda qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın seçmə mərhələsi davam edir.