Bakıda keçirilən DÇ-də son medalçılar mükafatlandırıldı
- 31 Avq 2023 18:31
- 278
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının son medalçıları mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, kişilərin mübarizəsində tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə polşalı Lukaş Çapla bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri ukraynalı İqor Kizima tutub. İsveçdən olan Emil Martinsson bürünc medala yiyələnib.
Komanda yarışında isə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medal qazanıb.
Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada isveçli Yesper Niberq birinci, onun həmyerlisi Emil Martinsson ikinci, finlandiyalı Krister Holmberq üçüncü yeri tutub.
Bu yarışın komanda növündə Ukrayna qızıl, İsveç gümüş, Finlandiya bürünc medala sahib çıxıb.