Bakıda keçirilən statistlər üçün seminar başa çatdı
- 24 İyn 2024 10:01
- 310
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan voleybol statistləri üçün seminar başa çatıb. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində keçirilən seminarın sonuncu günü AVF-nin İcraçı direktoru Vüqar Hüseynzadə və Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli iştirakçılarla görüşüblər. Qeyd olunub ki, yeni mövsümdən etibarən çempionatda iştirak edəcək komandaların heyətində statistin olması tələb olaraq göstəriləcək və statistlərin sertifikatı nəzərə alınacaq.
Qonaqlar hər bir iştirakçıya bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 4 gün davam edən seminardan sonra iştirakçılar imtahan veriblər. Cavablar bəlli olduqdan sonra mütəxəssislərə AVF-nin voleybol statistləri üçün Level-1 sertifikatı təqdim olunacaq.