Bakıda keçirilməsi nəzərdə tutulan turnir təxirə salındı
- 09 İyl 2021 11:17
- 702
Bakıda kişilər arasında keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə turnir təxirə salınıb. Azərbaycan Voleybol Federasiyasından "Rekord.az"a verilən məlumata görə, yarışın keçirilməməsi millimizin beynəlxalq turnirdə iştirakı ilə əlaqədardır.
Yığmamız iyulun 9-11-də Polşada təşkil olunacaq "Vaqner Memorial" turnirində iştirak edəcək. Yarışda iştirak etməli olan voleybolçular Polşaya səfərə yollandıqlarından çimərlik turniri başqa tarixdə keçiriləcək.
Yarışın keçiriləcəyi tarixlər bəlli olanda AVF tərəfindən bununla bağlı əlavə məlumat veriləcək.