Bakıda keçirilməsi nəzərdə tutulan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 14-16 may tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan yarış koronavirus pandemiyası səbəbiylə təxirə salınıb. Eyni zamanda, 9-cu dəfə təşkil olunması planlaşdırılan yaş qrupları üzrə dünya çempionatı da baş tutmayacaq. 8-10 may tarixlərində keçirilməsi nəzərdə tutulan yarış eyni səbəblə təxirə salınıb.