Beynəlxalq Atıcılıq İdman Federasiyası Bakıda keçirilməsi planlaşdırılan dünya kubokunu ləğv edib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qurum, Bakıda keçirilməsi nəzərdə tutulan stend və güllə atıcılığı üzrə turniri koronavirus pandemiyası səbəbiylə ləğv etdiyini açıqlayıb. Turnirin 22 iyun-3 iyul aralığında keçirilməsi planlaşdırılırdı.