Futbol üzrə Avstriya yığma komandasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib:

“İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq. Bakıdakı görüşdə həm qalib gələ, həm də məğlub ola bilərik”.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.