Bakıda UEFA B kursu keçirilir
- 03 Okt 2023 19:44
- 374
AFFA-nın təşkilatçılığı ilə AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi başlayıb.
Rekord.az xəbər verir ki, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko tibb üzrə, sabiq FİFA referi köməkçisi Orxan Məmmədov isə oyun qaydaları üzrə kurs iştirakçılarına seminar keçiblər.
Oktyabrın 5-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Fərid Namazov və Elşən Poladovun iştirakı ilə keçirilir.