Voleybolçu qızlar arasında Birincilik keçiriləcək. "Rekord.az" xəbər verir ki, dekabrın 23-də 16 yaşlı və 16 yaşadək voleybolçu qızların birinciliyi start götürəcək.

Yarışda 18 komanda iştirak edəcək. Reqlamentə əsasən komandalar 2 qrupda 1 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

Birincilikdə mübarizə aparacaq komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:

A qrupu: “Ryuga”, “Aura”, “AZERRAIL-1”, “AZERRAIL-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.

B qrupu: “AZERRAIL-2”, “AZERRAIL-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.

Oyunlar

23 dekabr

A qrupu

   11:00. “AZERRAIL-3” - “AZERRAIL-1” (AVF-nin idman zalı)

24 dekabr

   10:00. “Aura” - “Lokomotiv” (AVF-nin idman zalı)

   11:00. “Xarı Bülbül-2” - “Sumqayıt” (UNEC-in idman zalı)

   11:30. “Abşeron” - “Milli Aviasiya Akademiyası” (AVF-nin idman zalı)

B qrupu

   12:30. “Murov Az Terminal” - “Bakı klubu” (UNEC-in idman zalı)

   13:00. “AZERRAIL-4” - “Xarı Bülbül-1” (AVF-nin idman zalı)

   14:00. “Zəngəzur” - “Dinamo” (UNEC-in idman zalı)