Bakı İdman Sarayında təşkil olunan “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında 5-ci tur başa çatıb.

Rekord.az xəbər verir ki, beş turdan sonra A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalır və 4-9-cu yerləri bölüşdürür.

B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə birinci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tutur.

Turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edirlər.
Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdir.