Bakıdakı beynəlxalq turnirdə sərbəst güləşçilərin yarışı başa çatdı
- 17 Dek 2022 19:55
- 447
Bakıda Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri keçirilir.
Sport24.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.
Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Bakı İdman Sarayında keçirilən yarışın təntənəli açılış mərasimi izləyicilərin marağına səbəb olub. Rəqs kompozisiyasında elmin, təhsilin güləşlə vəhdəti əksini tapıb. Rəqqasların Azərbaycan tarixini simvolizə edən nümayişindən sonra medallar uğrunda qarşılaşmalara start verilib.
İlk yarış günündə Elgün Məmmədov (45 kq), Sədrəddin Həsənov (51 kq), Camal Abbasov (60 kq), Nurdaulet Seilbekov (71 kq) və Novruz Əhmədxanov (92 kq) çempion olub.
Yarışın ikinci günündə isə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb. Bəşir Verdiyev (48 kq), Rəvan Rəhimli (55 kq), Xızır Dasiyev (65 kq, Fransa), Muhammadamin Abdullayev (80 kq, Tacikistan), Yedige Kasimbek (110 kq, Qazaxıstan) qaliblər sırasına qoşulub. Bununla da yarışda sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Son 2 gündə yunan-Roma güləşçiləri çıxış edəcək.
45 kq
Final: Məhərrəm Rzayev (Azərbaycan) – Elgün Məmmədov (Azərbaycan) 2:3
Bürünc medal görüşü: Allahverən İsmayılov (Azərbaycan) – Rinat Aydınlı (Azərbaycan) 6:12
Bürünc medal görüşü: Anar Mirzəyev (Azərbaycan) – Amangəldi Yerali (Qazaxıstan) 10:0
51 kq
Final: Sədrəddin Həsənov (Azərbaycan) – Seyhun Əlizadə (Azərbaycan) 11:2
Bürünc medal görüşü: Mirfəda Qafarlı (Azərbaycan) – Hüseyn Qasımov (Azərbaycan) 10:0
Bürünc medal görüşü: Çino Qaspard (Fransa) – Ülvi Heydərli (Azərbaycan) 2:6
60 kq
Final: Abdullah Nakayev (Fransa) – Camal Abbasov (Azərbaycan) 4:8
Bürünc medal görüşü: Yamlihay İmaməli (Azərbaycan) – Nurlan Ağazadə (Azərbaycan) 5:7
Bürünc medal görüşü: Ramal Əmirli (Azərbaycan) – Yerali Jenissoy (Qazaxıstan) 0:10
71 kq
Final: Muradxan Ömərov (Azərbaycan) – Nurdaulet Seilbekov (Qazaxıstan) 2:6
Bürünc medal görüşü: Maratuli Yerbol (Qazaxıstan) – Məhəmməd Abbaszadə (Azərbaycan) 2:7
Bürünc medal görüşü: İsmayıl Əsədli (Azərbaycan) – Ülfət Məmmədov (Azərbaycan) 11:0
92 kq
Final: Fərhad Süleymanlı (Azərbaycan) – Novruz Əhmədxanov (Qazaxıstan) 0:2
48 kq
Final: Yerali Jetpissov (Qazaxıstan) – Bəşir Verdiyev (Azərbaycan) 0:11
Bürünc medal görüşü: Əziz Babayev (Azərbaycan) – Muhəmməd İsmayılov (Azərbaycan) 0:3
Bürünc medal görüşü: Fərid Rzazadə (Azərbaycan) – Muhammədəli Əlizadə (Azərbaycan) 4:6
55 kq
Final: Rəvan Rəhimli (Azərbaycan) – Kamal Məmmədov (Azərbaycan) 6:0
Bürünc medal görüşü: Məhəmməd Əsgərov (Azərbaycan) – Sədrəddin Fərzəliyev (Azərbaycan) 5:4
Bürünc medal görüşü: Hüseyn Hüseynov (Azərbaycan) – Hacı Kərimov (Azərbaycan) 0:10
65 kq
Final: Xızır Dasiyev (Fransa) – Arzuman Dəryahquliyev (Azərbaycan) 11:0
Bürünc medal görüşü: Fazil İsmayılzadə (Azərbaycan) – Nurdaulet Bekmuxanbet (Qazaxıstan) 0:10
Bürünc medal görüşü: Sabir Almas (Qazaxıstan) – Ağa Qasımov (Azərbaycan) 6:0
80 kq
Final: İlyas Amanjol (Qazaxıstan) – Muhammadamin Abdullayev (Tacikistan) 0:11
Bürünc medal görüşü: Hacı Zülfüqarlı (Azərbaycan) – Vüqar Hümbətov (Azərbaycan) 0:5
Bürünc medal görüşü: Şeyxali Babazadə (Azərbaycan) – Bexultan Bolatov (Qazaxıstan) 0:9
110 kq
3-cü tur: İsmayıl Kərimov (Azərbaycan) – Yedige Kassimbek (Qazaxıstan) 0:4 (tuş)
3-cü tur: Museyi Kazım Hüseyn (Azərbaycan) – Yusif Dursunov (Azərbaycan) 0:9