2023-cü ildə Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin dəqiq tarixi məlum olub.

Rekord.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnir 22-24 sentyabr tarixlərində təşkil olunacaq.

Xatırladaq ki, 2022-ci ildə Bakıdakı "Böyük Dəbilqə" yarışı 4-6 noyabrda baş tutmuşdu.