Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

Rekord.az Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yeni tarix bir müddət sonra açıqlanacaq. 

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.

Qeyd edək ki, daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə koronavirusa görə yarımçıq dayandırılıb.