Bakıdakı DÇ-də daha bir növdə qaliblər bilindi
- 28 Avq 2023 21:31
- 302
Bakıda təşkil edilən dünya çempionatında kişilər və qadınlar arasında 10 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qaliblər müəyyənləşib.
Rekord.az xəbər verir ki, kişilərin yarışında ilk iki yeri ukraynalı idmançılar tutublar.
Denis Bablyuk 384 xalla çempion olub, İqor Kizima 381 xalla gümüş medala yiyələnib. Kizima ilə eyni xal toplayan Kris Qrosshem üçüncülük əldə edib. Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Cənubi Koreya üçüncü olub.
Qadınların mübarizəsində Qazaxıstan təmsilçisi Aleksandra Saduakassova (378) dünya çempionluğunu qazanıb. Onun 18 yaşlı həmyerlisi Zuxra İrnazarova eyni xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Qonçarova isə (370 xal) bürünc medal alıb. Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci yeri tutub.