"Bakıdakı dünya çempionatı yaxşı təşkil olunub"
- 17 Avq 2023 19:00
- 285
"Bakı çox gözəl şəhərdir. Buradakı yarış yaxşı təşkil olunub".
Rekord.az xəbər verir ki, bunu atıcılıq üzrə dünya çempionatının fərdi və komanda növündə qızıl medal qazanan Çin təmsilçisi Boven Janq deyib.
İdmançı Azərbaycana gəldiyi üçün məmnun olduğunu bildirib: "Çox sevincliyik. Hər birimiz əlimizdən gələni etdik. Çalışırdıq ki, komanda yarışında da ən yüksək xalı toplayaq. Buna nail olduq. Əlimizdən gələni etdik və qalib gəldik”.
27 yaşlı atıcı fərdi mübarizədəki rəqibi, gümüş medal əldə etmiş serbiyalı Damir Mikeçlə arasındakı rəqabətdən söz açıb: “Belə turnirlərdə rəqib baxımından həmişə təhlükə var. Atıcılıq yarışındakı ən vacib məsələ insanın öz-özünə qalib gəlməsidir və konsentransiya olmasıdır. Ona görə diqqətimi özümə yönəltdim. Heç kimi fikirləşmədim və qalib gəldim”.
Boven Janq 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları barədə də fikirlərini bölüşüb: “Təbii ki, buna görə çox sevinirik. Çox şadam ki, ölkəm üçün nəsə edə bildim. Əlimdən gələni edəcəyəm ki, olimpiadada yaxşı nəticə göstərim. Fərdi nailiyyətimlə yanaşı, komandanı da fikirləşirəm”.