“101 ölkədən 1239 idmançı yarışda iştirak edəcək. 55 növdə qaliblərin adına aydınlıq gələcək”.

"Rekord.az" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, komandaların yaradılmış şəraitdən razı qaldıqlarını bildirib: “Hazırda müxtəlif ölkələrdən gəlmiş 700-ə yaxın nümayəndə var. Ümumilikdə 2000-dən çox şəxsin yarışda iştirakı gözlənilir. Filippin son anda çempionata qatılmaqdan imtina edib. Bu, onların daxili məsələləridir. Bizdən asılı məqam deyil. Mundial atıcılıq idmanı üçün xüsusi bayram olacaq".

Qeyd edək ki, bu gün dünya çempionatının açılış mərasimi gerçəkləşəcək. Yarış sentyabrın 1-də başa çatacaq.