Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakıda keçirilən Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markası buraxıb.

Rekord.az xəbər verir ki, yeni marka 4 000 tirajla, blok şəklində hazırlanıb və dövriyyəyə buraxılıb. Onları “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov möhürləyib.

Xatırladaq ki, Şahmat üzrə Dünya Kuboku iyulun 30-dan başlayıb, avqustun 25-nə qədər davam edəcək. Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfi