Bakıdakı dünya kubokunda 16 ölkənin gimnastları mübarizə aparacaq
- 18 Yan 2023 17:30
- 390
Azərbaycan Gimnastika Federasiyası (AGF) bu ilin fevralından yerli və beynəlxalq yarışlar mövsümünə start verəcək.
Rekord.az xəbər verir ki, fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.
Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.