Bakıdakı Dünya Kubokunun qalibi müəyyənləşdi
- 21 Avq 2023 21:40
- 337
Qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub.
Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.
Kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.