Bakıdakı ikinci sərbəst yürüşdə Lekler birinci oldu
- 13 Sen 2024 18:50
- 362
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan qran-prisində ikinci sərbəst yürüş keçirilib.
Rekord.az xəbər verir ki, "Ferrari"də çıxış edən Şarl Lekler ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lüis Hemilton üçüncü olub.
Xatırladaq ki, bu gün baş tutan ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olmuşdu.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.
Azərbaycan qran-prisi sentyabrın 15-də başa çatacaq.