Bakıdakı Qran-pri növbəti ilə təxirə salındı
- 04 Apr 2020 19:30
- 1006
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.
Rekord.az Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib.
Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.
IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib.
Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, daha öncə Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə Böyük Dəbilqə turniri təxirə salınıb.