"Bakılı"nın uzun fasilədən sonra yenidən Azərbaycan futboluna qayıtması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, bu komanda ilə bağlı daha bir yeni məlumat əldə etmişik.

Belə ki, sözügedən komanda bundan sonra Bakını yox, işğaldan azad olunmuş Cəbrayılı təmsil edə bilər. Düzdür, bu məsələ ilə bağlı konkret hansısa addım atılmayıb. Sadəcə, belə bir məsələ ilkin mərhələdə müzakirə olunur.

Qeyd edək ki, "Bakılı"nın prezidenti Misir Əbilov da əslən Cəbrayıl rayonundandır.