5 ilə yaxındır fəaliyyətini dayandıran «Bakı»nın qayıdışına bəslənən ümidlər artıq tamamilə ölmək üzrədir. Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən bazada hazırda söküntü işləri aparılır.

Rekord.az xəbər verir ki, əvvəllər «Delfin» MMC-yə məxsus olan ərazinin məşhur Türkiyə şirkətlərindən birinə satıldığı deyilir. Paytaxtın ən böyük futbol kompleksinin əsas stadionunun tribunaları demək olar dağıdılıb.