Bildiyiniz kimi, 1 aya yaxın müddət idi ki, “Bakı”nın bazasında söküntü işləri dayandırılmışdı. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi burada görülən işlərə ara verilməsini istəmişdi. Səbəb isə idman qurğusunun təyinatı üzrə istifadəsinə dair rəsmi sənədin olması idi.

 

Rekord.az-a daxil olan məlumata görə, söküntü işləri yenidən bərpa olunub.

 

Görünür ərazini alan türk şirkəti aidiyatı qurumlarla məsələni həll edib. Qeyd edək ki, “Bakı”nın bazasının yerində yaşayış kompleksi tikiləcək.