«Bakı»nın Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasının əsas hissəsinin söküntüsü başa çatmaq üzrədir.

Rekord.az xəbər verir ki, artıq stadion və tərafdakı yardımçı meydançalar tanınmaz hala gəlib.

Ərazidə böyük yaşayış massivinin salınacağı dəqiqdir. Bu iş Türkiyə şirkətin tapşırılıb. İdman kompleksinin kimə satılması isə hələ rəsmən açıqlanmayıb.

Qeyri-rəsmi xəbərlərə görə, «Delfin»MMC buranı AFFA rəhbərliyində təmsil oulnan şəxslərdən birinin yaxın qohumuna satıb.

Əslində, bazayla bağlı yekun qərar 8 ay öncə verilməli imiş. Əvvəlki plan qurğunun «Keşlə»nin istifadəsinə vermək idi. Sonra nə olub, nə olmayıbsa, fikir dəyişib. (sportinfo.az)