«Bakı»FK-nın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş bazasının yeni sahibi məlum olub.

Rekord.az-ın məlumatına görə, bu, «Aral Group»dur.

Paytaxt ərazisində yerləşən ən böyük futbol infrastrukturu «Delfin»MMC tərəfindən adıçəkilən Türkiyə şirkətinə satılıb.

Hazırda “Aral Group” tikinti və ticarət olmaqla, əsas 2 sahədə fəaliyyət göstərən doqquz şirkətdən ibarətdir. Bakı-Sumqayıt yolu üzərində yerləşən futbol kompleksi hazırda "Greenville Residence" olaraq layihələndirilməkdədir.