"Bakı"nın formasını geyinmiş Allan Vanqa özünə yeni hədəf müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu Keniya Futbol Federasiyasının prezidenti olmaq arzusundadır.

14 illik karyerasını tamamlayan Vanqa 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. O, ölkə futbolunu daha yüksək səviyyəyə çatdıracağına inandığını söyləyib.

2009/10 mövsümündə “Bakı”nın heyətində Premyer Liqada 6 oyun keçirən Allan Vanqa paytaxt təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.