"Bakı"nın sabiq hücumçusu ulduzlarla bir arada
- 15 Noy 2019 13:43
- 825
2011/2013-cü illərdə "Bakı"nın heyətində çıxış etmiş Maris Verpakovskis magistraturanı başa vurub.
Rekord.az xəbər verir ki, "Xetafe", "Selta" və Kiyev "Dinamo"sunda forma geyinmiş Latviya yığmasının sabiq lideri UEFA-nın magistr proqramı üzrə təhsilini uğurla yekunlaşdırıb.
40 yaşlı veteran qurumun son 2 ildə dünyanın müxtəlif şəhərlərində keçirdiyi 7 seminarda iştirak edib. Tədbirlərin hər biri ayrı-ayrılıqda futbolun idarəetmə sistemindəki ardıcıl prosedurları özündə birləşdirən proqram olub.
Kursu uğurla başa vuranlar arasında məşhurlardan Fransa ilə 1998-ci ildə dünya çempionu olmuş Yuri Corkaeff, 2002-ci ilin dünya çempionu - braziliyalı Jilberto Silva və məşhur kamerunlu hücumçu Patrik Mboma da var.
Tarixə qovuşmuş "Bakı"nın heyətində 27 oyun keçirmiş Verpakovskis 3 qol vurub.