Fəaliyyətini dayandırmış “Bakı“FK-ya məxsus keçmiş bazada tikinti hələ də başlamayıb.

Rekord.az-ın məlumatına görə, kompleksin yeni sahibləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazəni ala bilməyib.

Halbuki türkiyəli iş adamına məxsus olduğu deyilən şirkət ötən ilin sonlarında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb.

Yeni yaşayış massivinin salınması üçüen tikinti işləri hazırda bu yerdə aparılır. Bazanın ərazisinə texnika yeridilsə də, 3 aydır ki, hər şey olduğu kimi qalıb.

Vaxtilə paytaxtın ən böyük futbol infrastrukturu olmuş məkandan son fotoları da oxucularımıza təqdim edirik: (sportinfo.az)