Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların siyahısı genişlənib. Bu dəfə Vüqar Bəybalayevin hesabına.

Rekord.az xəbər verir ki, “Səbail”dən ayrılan yarımmüdafiəçi bu gün “Telavi” ilə anlaşıb.

1993-cü il təvəllüdlü futbolçu Gürcüstanın yüksək liqa klubu ilə bu ilin sonunadək davam edəcək müqavilə imzalayıb.

“Telavi” 5 turdan sonar 5 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Hazırda qonşu ölkə çempionatında daha bir həmyerlimiz çıxış edir. Bu, “Xəzər Lənkəran”ın yetirməsi İbrahim Qədirzadədir. O, yaxınlarda “Neftçi-2”dən ayrılaraq, “Samtredia”ya keçib.