Sentyabrın 3-də İngiltərəyə gedən "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo 5 gün karantində qalacaq.

Rekord.az xəbər verir ki, "Qırmızı şeytanlar" 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı yerli hökumətə müraciət edib, lakin müsbət cavab almayıb.

Portuqaliyalı koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

Ronaldo sentyabrın 1-də Portuqaliya yığmasının heyətində İrlandiyaya qarşı DÇ-2022-nin seçmə oyununda iştirak edib və dubla imza atıb.

O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan ilə səfər matçını buraxacaq.

Forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.