3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan təmsilçisi "Baku Flames" Niderland millisi ilə qarşılaşıb.

Matç rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun növbəti rəqibi Çinin U-24 yığması olacaq. Qarşılaşma saat 18:10-da start götürəcək.

Yarışda 8 kollektiv 2 qrupda çıxış edir. A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləruəi mübarizə aparır. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.