3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində Azərbaycan təmsilçisi "Baku Flames" mübarizəni dayandırıb.

Rekord.az xəbər verir ki, turnirin açılış oyununda Niderland millisinə məğlub olan (4:21) təmsilçimiz, yer aldığı A qrupunun digər görüşlərində Çinin U-24 (2:21) və Avstraliya (3:21) seçmələrinə də uduzaraq turnirlə vidalaşıb.

B qrupunda Çexiya, Filippin yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb. İran millisi isə yarışa qatılmayıb.

Turnirə iyulun 21-də yekun vurulacaq.