Azərbaycanı 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında təmsil edəcək "Baku Flames"in Quba mərhələsindəki rəqibləri müəyyənləşib.

Rekord.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

Təmsilçimiz A qrupunda Avstraliya, Niderland və Çinin U-24 komandası ilə yarışacaq. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Oyunlar iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.