Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayon üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Balakən rayon Qabaqçöl qəsəbəsində "26 Fevral Xocalı Soyqırımının" 32-ci il dönümünə həsr edilmiş sərbəst güləş idman növü üzrə açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 10 çəki dərəcəsində 94 yeniyetmə mübarizə aparıb.

Qalıb gələn idmançılar diplomlarla təltif olunublar.