Gənclər və İdman Nazirliyinin "Üzməyi öyrənək " layihəsinə 29 Oktyabr tarixində Balakən Olimpiya İdman Kompleksində start verildi.

Rekord.az xəbər verir ki, üzgüçülük məşqlərinə orta məktəbin 1-5 ci sinif şagirdləri cəlb olunmuşdur

.Layihə bir ay davam edəcək və əsas məqsəd uşaqlara üzməyi öyrətmək, onları idmana cəlb etmək və sağlam həyat tərzini aşılamaqdır.