“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu Emil Balayevlə anlaşıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 25 yaşlı qapıçı ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Balayev daha əvvəl “Neftçi", "Sumqayıt", "Araz-Naxçıvan", "Ayntraxt" (Almaniya, Frankfurt), "Səbail" və "Tobol" (Qazaxıstan) klublarının da şərəfini qoruyub.