Balayevin forması “Zirə”ni 800 manat ziyana saldı
- 11 Mar 2020 16:00
- 716
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Keşlə” – “Qarabağ” oyununda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
“Səbail” – “Zirə” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Zirə”nin qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” 800 manat cərimələnib. Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə “Səbail” klubu 800 manat cərimələnib.
“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.