İtaliya A seriyasının 11-ci turunda keçirilən "Verona" - "Breşiya" görüşü qalmaqalla yadda qalıb. 

 

Rekord.az xəbər verir ki, yerli komandanın bir qrup azarkeşi Mario Balotelliyə qarşı irqçi şüarlar səsləndirib.

 

Forvard topu götürərək onlara tərəf vurub. O, məhz bundan sonra paltardəyişmə otağına yollanaraq, əli ilə də oynamaq istəmədiyini işarə edib. Lakin onu komanda yoldaşları və "Verona"nın futbolçuları fikrindən daşındıra bilib. Məlum məsələyə görə oyun bir neçə dəqiqə ləngiyib.