"Adana Demirspor"un yeni transferi  Mario Balotelli kluba keçidi haqqında danışıb.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  o, Superliqa təmsilçisinə transfer olunduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

"Buraya gəldiyim üçün çox xoşbəxtəm. Transfer proesesi yaxşı keçdi. Komandanın düşərgəsinə yeni qatılmışam. Hazırda bütün futbolçuları tanımağa çalışıram. Yaxşı bir komandaya sahib olduğumuzu düşünürəm".

30 yaşlı  hücumçu "Adana Demirspor"un prezidenti ilə eyni xarakterdə olduqlarını deyib:

"Bu təklif haqqında əvvəlcə menecerim mənə məlumat verdi. Sonra klub prezidenti ilə görüşdük. Daha əvvəl də bir çox Türkiyə klubundan təklif almışdım. Lakin bu klubun prezidenti ilə görüşəndən sonra onunla eyni xarakterdə olduğumuzu anladım. Normal halda hədəflərimi və planlarımı kiminləsə paylaşmıram, özümdə saxlayıram. Amma demək lazımdırsa, Superliqada qalıcı olmaq və yaxşı bir mövsüm keçirmək istəyirik".

İtaliyalı oyunçu onu dəli adlandıranlara da cavab verməyi unutmayıb:

"Bunu bildirmək istəyirəm ki, mən özümü normal insan olaraq görürəm. Bu dəli damğası mənə qəzetlər və media orqanları tərəfindən qoyulub. Onlar futbolçuların əsgər kimi davranmasını istəyirlər. Amma mən əylənməyi sevirəm. Futbolun kənarına çıxıram. Azarkeşlərə də bunu demək istəyirəm ki, mən normal bir adamam, amma qalib gəlməyi çox sevirəm".

Qeyd edək ki, Balotelli karyerası ərzində "Marsel", "Milan", "Mançester Siti", "Liverpul", "İnter" kimi komandalarda da çıxış edib.