Balotelliyə futbolu buraxmağı məsləhsət gördü
- 12 İyn 2020 16:00
- 595
İtalyalı futbol agenti Furio Valkareqqi Mario Balotellinin “Breşia”da yaşadıqlarına münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, 29 yaşlı futbolçunun məsuliyyətsiz olduğunu bildirib:
“Keçən mövsüm Balotellinin “Breşia”ya gəlməsinə kömək etdim. Nəticələri onun çempion olduğunu göstərir. Ancaq futbolçu məsuliyyətli olmalıdır. Hazırkı vəziyyətdə ən yaxşısı Balotelinin futbolu buraxmasıdır”.
Klub rəhbərliyi italiyalı forvardın intizamsız davranışları səbəbindən müqaviləsini ləğv etmək niyyətindədir.