Lənkəran-Astara Regional Gənclər Və İdman İdarəsinin və Cənub Regional Futbol Fderasiyası ictimai birliyinin birgə təşkilatçılığı ilə Lənkəranda Raypo istirahət mərkəzinin qapalı stadionunda bank və bank olmayan kredit təşkilatları arasında keçirilən "Bankirlər Kuboku" adlı mini-futbol turnirinə yekun vurulub. "Yelo Bank" komandası qrup sistemiylə keçirilən yarışın qalibi olub. İkinci yerə ASEL Kredit komandası layiq görülüb. Oyundan sonra təltifat mərasimi keçirilib və qalib "Yelo Bank"a Lənkəran-Astara Gİİ və Cənub RFF İB tərəfindən kubok və diplomlar təqdim edilib.