Premyer Liqa oyunlarına hakim-inspektor kimi gedən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bununla kifayətlənmir.

Rekord.az-a daxil olan məlumata görə, türkiyəli futbol funksioneri aşağı liqa oyunlarına da özünə təyinat yazır.

Son turda Premyer Liqada görünməməsi də sırf bununla bağlı olub. Maraqlıdır ki, AFFA-nın əsasnaməsinə görə, ölkə çempionatının oyunlarına yalnız Azərbaycan Respublikasının vətəndaşları hakim-inspektor kimi gedə bilər. Əcnəbi şəxsin yerli çempionat oyunlarlna təyinatı yolverilməzdi.