Barış Şimşək Hakimlər Komitəsində əsl hegemonluq edir.

Rekord.az xəbər verir ki, türkiyəli VAR mütəxəssisi mütəmadi olaraq, özünü oyunlara hakim-inspektor kimi təyin edir.

Maraqlıdır ki, bununla o, qanun pozuntusuna yol verir. Çünki AFFA-nın əsasnaməsində göstərilib ki, oyunlara hakim-inspektor kimi gedən şəxs yalnız Azərbaycan vətəndaşı olmalıdır. Şimşəyin də Türkiyə vətəndaşı olduğunu nəzərə alsaq, əsasnamə kobud şəkildə pozulub. Di gəl ki, AFFA rəhbərliyi bu pozuntuya da göz yumur.