![photo](https://www.rekord.az/storage/uploads/5/baris-simsek.jpg)
Barış Şimşək tanınmış futbol adamının "qələmini qırdı"
- 30 Avq 2023 11:00
- 815
Azərbaycana gələndən sonra hakimliyin inkişafına töhvə vermək əvəzinə daha çox gün keçirdən, oyunlara özü-özünə təyinat yazan AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bir sıra təcrübəli hakim-inspektorları da çörəksiz qoyub.
Rekord.az daha öncə Şahin Cəfərovun uzun müddətdir oyunlara təyinat almaması haqda məlumat vermişdi.
Əldə etdiyiyimiz yeni məlumata görə türkiyəli sədr Gülağa Cabbarovun da "qələmini qırıb". Təcrübəli Cabbarov xeyli müddətdir ki, oyunlara hakim-inspektor kimi təyinat almır və düşdüyü durumdan narazı olmasına baxmayaraq, oğlu Rauf Cabbarova görə səsini çıxarda bilmir.