Son günlər mətbuatda dolaşan xəbərlərdən biri də AFFA Hakimlər Komitəsi ilə bağlıdır.

Rekord.az xəbər verir ki, hazırkı sədr Barış Şimşəyin gedəcəyi dəqiqləşib.

Onun yerinə yerli mütəxəssisin təyin olunacağı da istisna edilmir. Hətta Tahir Süleymanov bu posta ilk yerli namizəd kimi göstərilir. Bizə daxil olan məlumata görə isə, yeni federasiya rəhbərliyi sabiq sədr Xaqani Məmmədovun da namizədliyini gözdən keçirir. Bu isə o deməkdir ki, təcrübəli Məmmədov yenidən əvvəlki işinə qayıda bilər.